Mən öz şəhərimi,ölkəmi sevirəm!Azərbaycanlı olmağımla fəxr edirəm! Eyni zamanda biliklərimi və sevgimi başqaları ilə bölüşməyin vurğunuyam.Mən mədəniyyət və adət-ənənə haqqında hekayələri dinləməyi sevirəm. Buna görə də mən italyan və ərəb dili kimi yeni dilləri öyrənməyə cəhd edirəm. Mən başqa ölkələrin mədəniyyət və adə- ənənələrini öyrənməyə cəhd edirəm. Beləliklə mən öz biliklərimi ziyarətçilərlə bölüşürəm və onlar mənə yeni məlumatlar əldə etməyə kömək edirlər. Mən bir az hekayə yazanam.Bəlkə elə ona görə ziyarətçilərin daxili aləminə inteqrasiya edə bilirəm. Bəzən görürəm ki, dinləyicilərimin yanaqlarında göz yaşları var. Bu mənim işimi mükəmməl gördüyümü sübut edir. Hər turdan sonra onlar mənə məlumatın mənbəyi, eyni hekayəni oxuya biləcəkləri kitab haqqında sual verirlər. Onların mənim nitqimə sevgisi,marağı mənə Şəki xan sarayı haqqında "Bir saray bələdçisinin qeydləri" sərlövhəli kitab yazdırdı. Əgər Siz orta əsr Şəkisinin və ya xanlıq dövrü Şəkisinin ab-havasını hiss etmək istəyirsinizsə mənim şəhərimə gəlin! Azərbaycan adət-ənənələrini və mədəniyyətini hiss edin!
Sertifikatlar:
- HOT sertifikatı (Dünya Turist Bələdçiləri Federasiyası)