Nazirlər Kabinetinin 25 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş Turizm Reyestrinin aparılma Qaydasının 3.3.2-ci maddəsinin 3-cü hissəsində bələdçilər barədə resyestrə daxil edilməli olan məlumatların siyahısında bələdçinin “təlim (ixtisasartırma) proqramını bitirməsini təsdiq edən sənəd (olduğu halda)” də qeyd edilib.
Bakı və Abşeron üzrə bələdçilik təlimi - ATBA tərəfindən həyata keçirilir.
Bələdçilik təlimi 6 ay müddətində keçirilir.
Təliminin dərs planı
- Dərs planı 60% (nəzəri) + 40% (praktik) prinsipə əsasən tərtib edilib.
 - Nəzəri Bölümü:
 - Azərbaycan tarixi
 - Azərbaycan coğrafiyası
 - Etnoqrafiya
 - İncəsənət və mədəniyyət
 - Milli Musiqi
 - Turizm işi
 - ÜDTBAF texniki standartlar
 - İlkin tibbi yardım
 - Arxeologiya
 - Dinşünastliq
 - Turizm qanunvericiliyi
 - Turizm iqdisadiyyatı
 - Psixologiya və bədən dili
 - Xəritə oxuma
 - Praktiki Bölümü:
 - Qastronomiya
 - Teatr tamaşası
 - Qobustan + palçıq vulkanları
 - Atəşgah + Yanar dağ
 - Qala qoruğu + Ramana qalası
 - Mərdəkan qalası + Mardakan Qoruğu
 - Böyük Bakı şəhər turu + Panoram turu
 - İçəri şəhərə giriş (Şirvanşahlar Sarayı)
 - Milli İncəsənət Muzeyi
 - Tarix muzeyi
 - Ədəbiyyat muzeyi
 - Muzey Mərkəzi
 - Nobel evi
 - Heydər Əliyev Mərkəzi
 
Təliminin ödənişi
- Təlim rüsumu bildiriləcək
 - Təlimçilərin mükafatları
 - Sənədləşdirmə və sertifikatlaşdırma üçün poliqrafiya xərcləri;
 - Muzey və qoruqlara giriş xərcləri, hərəkət edən nəqliyyat vasitəsinin xərcləri (sürücü və nəqliyyat vasitəsi);
 - Master-klasslar üçün olan xərclər - restoranda kulinariya sınaq testi və s.;
 - Təlim dərslərinin keçiriməsi üçün lazım olan məkanın kirayəsi və ofis avadanlığı.