Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası qurumun rəsmi veb-saytı olan atga.az vasitəsilə istifadəçilərə müvafiq və yeni məlumatlar çatdırır. Təqdim olunan məlumatlar istifadəçilərin ehtiyac və tələbatına əsasən uyğunlaşdırılır. Toplanan şəxsi məlumatların anonimliyi qorunur, istifadəçilər üzərində heç bir vəchlə müşahidə aparılmır, üçüncü şəxslərə məlumatlar ötürülmür.
Kuki (cookie) fayllar istifadəçilərin internetə daxil olduğu cihazlarda əksər veb-saytlar vasitəsilə saxlanan kiçikhəcmli mətnlərdir. Kuki faylların saxlanması ilə bağlı qərar yalnız istifadəçidən asılıdır. Məhz istifadəçi brauzer vasitəsilə kuki faylların saxlanmasını məhdudlaşdıra, yaxud bu faylları silə bilər.
1. Sessiya kuki faylları
Bu kuki fayllar sizə veb-saytın müvafiq şəkildə fəaliyyəti üçün lazımi alətlərdən istifadə etmək imkanı verir. Bu fayllar olmadan veb-saytda mövcud olan bir sıra xidmətlərin fəaliyyətində maneələr müşahidə oluna bilər.
2. Daimi kuki fayllar
Bu növ kuki fayllar gələcəkdə veb-saytdan istifadə təcrübəsini mükəmməlləşdirmək məqsədilə veb-saytda istifadəçilərin fəaliyyəti barədə məlumatları (məsələn, veb-saytın hansı səhifələri daha çox ziyarət olunur) saxlayır.
3. Funksional kuki fayllar
Bu kuki fayllar vasitəsilə veb-sayt sizin tərcihləriniz və cihazlarınızdakı parametrlər barədə məlumatları (məsələn, istifadəçi adı, dil, region) toplayır və beləliklə də, genişləndirilmiş şəxsi funksiyaları təqdim edir. Bu tip kuki fayllar sizin veb-saytdakı fəaliyyətinizi izləməyi aktivləşdirə bilər.
4. Hədəf və reklam kuki faylları
Bu kuki fayllar adətən reklam şirkətləri və sosial media şəbəkələri (“üçüncü tərəf”) tərəfindən hədəf reklam nümayişi, təkrarlanan reklamın qarşısının alınması və ya reklam agentliklərinin effektivliyinin qiymətləndirilməsi məqsədilə istifadə olunur.
Əksər veb-saytlar kuki-fayllardan istifadə edir, çünki bu fayllar veb-sayt istifadəçilərinə onların maraq və tərcihlərinə uyğun məzmunun fasiləsiz və rahat şəkildə yenilənməsini təmin edir. Veb-saytın ziyarət olunması ilə bağlı statistik məlumatlar (internet-trafik) da kuki fayllara aiddir və bunun əsasında, şəbəkə administratorları veb-saytın fəaliyyətinin effektivliyini qiymətləndirə bilərlər. Bundan başqa, bu fayllar vasitəsilə veb-saytda istifadəçilərə təqdim olunan reklam elanlarının forma və kəmiyyətinin məqsədyönlülüyü dəyərləndirilə bilər.