ATBA tərəfindən bələdçilərin vəsiqələrinin yenilənməsi prosesi işə salınaraq, ötən ay ərzində 64 nəfər bələdçinin sənədləri yenilənmişdir. Yenilənmə prosesi keçmiş Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş, vaxtı bitməmiş bələdçilik vəsiqələrinin Azərbaycan Turizm Bürosunun akreditasiya mərkəzində qeydiyyatdan keçərək yeni bələdçilik vəsiqələrinin verilməsi kimi nəzərdə tutulmuşdur.
Hazırda yeni bələdçilik vəsiqələri ilə bələdçilər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində olan qoruqlar, AMEA-nın tərkibində olan dendrariy və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna pulsuz şəkildə daxil ola biləcəklər.