Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası Qobustan Milli Tarix-Bədii Qoruğu ilə əməkdaşlığı genişləndirir.
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası ilə Qobustan Milli Tarix-Bədii Qoruğu ilə əməkdaşlığa dair işgüzar görüş keçirilmişdir.
Görüşdə turizm sahəsində birgə layihələrin hazırlanması, Qobustan Milli Tarix-Bədii Qoruğunda çalışan bələdçilərlə görüşlərin keçirilməsi, onların təlimlərə cəlb edilməsi və digər məsələlər barədə geniş müzakirələr aparılmışdır.
Qobustan Milli Tarix-Bədii Qoruğu ilə ikitərəfli daimi əməkdaşlığa ümid edərək turizmə töhfə verəcəyinə inanırıq.