Sentyabr 28-də Ramana və Balaxanı kəndlərinin turistik marşrutları üzrə turizm bələdçilərinin hazırlığı təlimlərini uğurla başa vuran iştirakçılar müvafiq şəhadətnamə və sertifikatlar ilə təltif olunublar.
Qeyd etmək istərdik ki, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası “Bakı Abadlıq Xidməti” MMC (BAX) və Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzi (QİM) ilə əməkdaşlığı çərçivəsində 7 Bakı kəndində gəzinti marşrutlarının tərtibatı və bu marşrutlar üzrə turizm bələdçilərinin beynəlxalq standartlara uyğun texniki peşə biliklərinin təkmilləşdirilməsi istiqamətində nəzəri/praktiki təlimlər həyata keçirilmişdir. Təlimin iki günlük nəzəri hissəsini beynəlxalq təlimçi Səkinə Əsgərova tərəfindən tədris edilmişdi. İki günlük praktiki hissə isə tanınmış tarixçi Fuad Axundov tərəfindən Bakı və Balaxanıda model gəzinti turu şəklində keçirilmişdi.