Turizm günü ərəfəsində Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyası arasında əməkdaşlığa dair işgüzar görüş keçirilmişdir.
Görüş zamanı bloger bələdçilərin bələdçiliklə bağlı problemləri, təlim və sertifikatlar barədə geniş müzakirələr aparılmışdır. ATBA-nın idarə heyətinin sədri Tural Musayev bloger bələdçiləri maraqlandıran sualları cavablandırmış və onlara lazımi dəstəyin göstərilməsini bildirmişdir.
İkitərəfli daimi əməkdaşlığa ümid edərək turizmə töhfə verəcəyinə inanırıq.