04-10 oktyabr 2021-cı il tarixlərində 8 ingilis və 12 rus dilli turist bələdçiləri üçün Ümümdünya Turist Bələdçiləri Assosiasiyaları Federasiyasının (WFTGA) aparıcı beynəlxalq təlimçiləri Iris Barry və Gennadiy Chudnovets tərəfindən “Təlimçilərin təlimi” keçirilib.
Təlimin əsas məqsədi ölkədə fəaliyyət göstərən turist bələdçilərinə təlim verə biləcək sertifikatlaşdırılmış milli təlimçilərin qıtlığını aradan qaldırmaqdır. Nəzəri və praktiki məşğələlərdən ibarət olan təlim zamanı müdavimlərə təlimçinin rolu, kvalifikasiya proqramlarının hazırlanmasına aid beynəlxalq standart, təlim kurslarının dizaynı və hazırlanması, iştirakçı rəyinin vacibliyi, praktiki qiymətləndirmə, yazılı imtahanların təşkili və digər mühüm mövzular barədə ətraflı biliklər verilib. Təlimin sonunda keçirilən imtahanları müvəffəqiyyətlə keçənlərə WFTGA-nın “Milli Təlimçi” adı və müvafiq sertifikatlar təqdim olunacaq.
Təlimin həyata keçirilməsi üçün Azərbaycan Turizm Bürosu və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasına Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda özəl sektorun inkişafı və peşə təhsili və təlimi” proqramı çərçivəsində dəstək göstərilib.