1979 cu ildə Xarici Dillər İnstitutunun alman-ingilis dilləri fakültəsini bitirmişəm,üç il Şəki rayonunun orta məktəblərində ingilis dilindən dərs demişəm.
1982 ci ildən 1990cı ilədək SSRİ Nazirlər Kabineti yanında Azərbaycan Respublikasının Şəki"İnturist"şöbəsinin alman dili üzrə tərcüməçi vəzifəsində çalışmışam,1989cu ilin sonu 1990cı ilin əvvəlindək şəxsi viza ilə Almaniyanın Drezden şəhərində olmuşam.1990cı ildən 2007cı ilin noyabr ayınadək Şəki"Karvan-Saray" "İnturist"mehmanxana kompleksində inzibatcı kimi fəaliyyət göstərmişəm.2007ci ilin noyabr ayından 2019cu ilin fevral ayının sonuna qədər Şəki Regional Turizm İnformasiya Mərkəzinin direktoru olmuşam.
İşlədiyim müddətdə dəfələrlə xarici ölkələrdə Beynəlxalq Turizm sərgilərində (2000ci ildə və 2013cü illərdə Almaniyanın Berlin,2011ci ildə isə Cənubi Koreyanın Seul şəhərində) nümayəndə heyətinin tərkibində, eyni zamanda Bakı şəhərində Beynəlxalq Turizm sərgilərində iştirak etmişəm.2015ci ildə"Fəxri Turizm işçisi"döş nişanına layiq görülmüşəm.
İşlədiyim illərdə bir çox tədbirlərdə iştirak edərək (2001ci ildə Türkiyədə TİKA nın,2019cu ildə Bakıda WFTGA nın)sertifikatlarıni əldə etmişəm.
Hal-hazırda müstəqil tərcüməçiyəm.