Mən Pərvin Babayev 1990-ci ildə Qəbələdə anadan olmuşam. 2013-cü ildən turizm sahəsində fəaliyyətə başlamışam. 2015-2016-cı illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ ofisində Böyük mütəxəssis vəzifəsində çalışmışam. Hal-hazırda sərbəst bələdçi kimi çalışıram. Səyahət etməyi, daim yeni insanlarla ünsiyyətdə olmağı sevirəm. İşimi sevirəm, ona görə də bu peşədə çalışıram. Bir bələdçi olaraq ölkəmin zəngin mədəniyyətini, tarixini və gözəlliklərini turistələrə çatdirmaqdan zövq aliram.
Gəlin Azərbaycanı birlikdə kəşf edək!